top of page
logo-png.png

Gənc qızlar arasında əl sənətkarlığının inkişafına yönəldilmiş təşəbbüslər

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olan “Kənd yaşıl turizminin inkişafına dəstək” ictimai birliyi “Gənc qızlar arasında əl sənətkarlığının inkişafına yönəldilmiş təşəbbüslər” layihəsinin icrasına hazırlıq işləri yerinə yetimişdir. Hazırlıq işləri daxilində Qax və Zaqatala rayonlarında müvafiq olaraq yerli təlim mütəxəssislərinin və iştirakçılarının seçimi keçirilmişdir. Layihə icrası çərçivəsində hər rayonda mart və aprel aylarında iştirakçılara əllə toxuculuq işlərinin yerinə yetirilməsi öyrədiləcəkdir. Qax rayonunda artıq ilk təlimlər keçirilmişdir. Təlimlərdə orta təhsil və texniki peşə məktəblərinin şagirdləri, toxuculuq işlərinə marağı olan gənc xanımlar iştirak etmişlər.

AZE.png

“İncəsənət şəhəri” - Gənclərin sənət və sənətkarlığa marağın artırılması istiqamətində təşəbbüslər

Nəzərinizə çatdırmaq istəyirik ki, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai birliyi olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Lənkəran rayonunu əhatə edən “İncəsənət şəhəri” - Gənclərin sənət və sənətkarlığa marağın artırılması istiqamətində təşəbbüslər adlı layihənin icrasını yekunlaşdırmışdır.

Layihənin məqsədi gənclərin və yeniyetmələrin divar şəkillərinin çəkilməsi istiqamətində təşəbbüslərdə iştirakını təmin etməklə onların incəsənətə, sənət və sənətkarlığa və eləcə də milli mədəniyyətin inkişafında maraq və rolunu artırmaqdır.

Layihə çərçivəsində 20 gənc rəssam Lənkəran şəhərində 3 gün müddətinə divar şəkillərinin (graffiti rəsmlər)  çəkilməsi istiqamətində nəzəri və praktik təlimdə iştirak etmiş, müxtəlif gənclər mərkəzində (əsasən təhsil müəssisələrində) bu sahəyə həvəskar gənclərin və yeniyetmətləin iştirakı ilə divar rəsmlərini çəkməklə əldə etdikləri məlumatları təcrübədə sınaqdan keçirmək imkanı qazanmışlar.

logo-png.png

“Regionda yaşayan gənclərin karyera imkanlarının artırılması üzrə təşəbbüslər”

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarını əhatə edən “Regionda yaşayan gənclərin karyera imkanlarının artırılması üzrə təşəbbüslər” adlı layihənin icrası ilə bağlı məlumatı nəzərinizə çatdırmaq istəyirik. Layihə çərçivəsində müsabiqə əsasında seçilmiş cəmi 54 tələbə (hər birində 18 nəfər olmaqla 3 qrupda) Lənkəran şəhərində 1 gün müddətinə “Təhsil və Karyera” mövzusunda təlimdə iştirak etmişlər. İştirakçılar təlimin növbəti ikinci günündə Astara rayonu, Lerik rayonu və Yardımlı rayonlarının orta məktəb şagirdləri (hər rayonda 7-8 məktəb) ilə görüşərək onlara eyni mövzu ilə bağlı öz həyat təcrübələrindən məlumat vermiş və qarşılıqlı təcrübə mübadiləsi aparmışlar.

Layihənin məqsədi region gənclərinin təhsil və karyera imkanları haqqında praktik məlumatlılıq səviyyəsini artırmaqla onları təhsilə və elmi fəaliyyətlərə həvəsləndirmək və təşviq etmək, dolayısıyla onların cəmiyyətin formalaşmasında daha fəal insanlar kimi inkişaf etməsinə dəstək olmaqdır.

Ümumilikdə 54 gənc layihə çərçivəsində liderlik və natiqlik bacarıqlarını artırmış, eləcə də həyatlarında ilk dəfə olaraq könüllü ictimai fəaliyyətlərdə məsul şəxs kimi iştirak etmişlər.  Layihənin 2-ci əsas benefisiarı isə 3 rayonda 24 məktəbdə cəmi 400 şagird həmin tələbələrin dilindən uğur hekayəsi dinləmiş, tələbənin şəxsi təcrübəsində təhsilin və karyeranın önəmi ilə tanış olmaq imkanı qazanmışlar.

Layihədə iştirak edən gənclər təlimlərdən və məktəbli şagirdlərlə görüşlərdən məmnun qalmış və növbəti bənzər təşəbbüslərdə könüllü iştirakda maraqlı olduqlarını bildirmişlər.

logo-png.png

KƏND EVLƏRİNİN TURİSTLƏRƏ VERİLMƏSİ İSTİQAMƏTİNDƏ FƏALİYYƏTLƏRİN HƏYATA KEÇİRİLMƏSİ

Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kənd evlərinin turistlərə verilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi" adlı layihə icra edilmişdir.

Layihə çərçivəsində Lənkəran rayonunun Haftoni, Xanbulan, Sütəmurdov, Rvo, Havzava kəndləri, eləcə də Lerik rayonunun Hamarmeşə və Cəngəmiran kəndlərində yerli icmalar və maraqlı vətəndaşlarla görüş keçirilmiş və kənd evlərinin turistlərə verilməsi istiqamətində qarşılıqlı müzakirələr aparılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, görüşlər zamanı evlərin gündəlik kirayə verilməsi fikri yerli kənd sakinləri tərəfindən maraqla qarşılanmış və bir çox kənd sakinlərinin artıq bu istiqamətdə təşəbbüs göstərmələri müşahidə edilmişdir. 

Layihə çərçivəsində eləcə də şəxsi evlərin qonaqlara verilməsi istiqamətində maraqlı olan 22 nəfər yerli icma təmsilçilərinə və namizədlərə  Lənkəran şəhərində 2 günlük təlim keçirilmiş və iştirakçılar mövzu ilə bağlı nəzəri-praktiki məlumatlandırılmışlar.

Qeyd edək ki, son dövrlərdə bölgələrdə “Kənd evlərinin qonaqlara verilməsi” bir biznes olaraq sürətlə inkişaf etməkdə və ötən illərə nəzərən daha çox turist getdikcə hotellərlə müqayisədə gündəlik kirayə verilən qonaq evlərinə üstünlük verməkdədir.

 
 
 
 
patrick-dozkVhDyvhQ-unsplash_1628163163817_1629346849962.webp

LƏNKƏRANDA GƏNC FOTOQRAFLAR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gözəl yurdumuz - Gənc Fotoqrafların gözü ilə” adlı layihəsi ilə bağlı məlumatı diqqətinizə çatdırırıq.

Layihə çərçivəsində Cənub bölgəsinin 7 rayonundan (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları) 14 gənc fotoqraf 2 gün müddətinə Lənkəran şəhərində “Fotoqrafiyanın əsasları” adlı təlimdə iştirak etmişlər. Təlim iştirakçıları növbəti 2 gündə (cəmi 4 gün) təmsil etdikləri rayonlarda foto şəkillər çəkməklə nəticədə mövzu üzrə həm nəzəri, həm də praktik məlumat almışlar. Təlimlər  Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən keçirilmişdir.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu ilə yanaşı Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran şəhər H.Əliyev mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.

bottom of page